Bazar ertəsi, 20 May

"Donbas işğaldan azad ediləcək!" - Zelenski

image

Ukrayna prezidenti Vladimir Zelenski Donbasın heç vaxt Rusiya ərazisi olmayacağını və işğaldan azad olacağını bildirib. 

Xəbər verilir ki, o, bu barədə "Dom TV"-yə verdiyi müsahibədə qeyd edib. 

Donbasın heç vaxt rus torpağı olmayacağını vurğulayan Zelenski, orada yaşayan insanlara səslənərək bu sözləri deyib:

"Əgər Rusiyanı sevirsinizsə və ömrü boyu yaşadığınız Ukrayna torpağını Rusiya hesab edirsinizsə, uşaqlarınız və nəvələriniz üçün Rusiyaya  gedib, yer axtarmalısınız". 

Bununla yanaşı, Ukraynasız Donbasda bir mədəniyyət olmayacağını ifadə edən Zelenski:

"Donbasın Ukrayna torpağı olduğunu bilirsinizsə, Ukrayna bayrağına və dilinə hörmət edin və gözləyin!  Donbas işğaldan azad olacaq!",- deyə ifadə edib. 

Ukrayna rəhbəri  son olaraq, "Almaniyadakı divarın dağıldığı kimi Donbas da azad ediləcək" şərhi ilə sözünü bitirib. 

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41